“Barselona”nın müdafiəçisi Erik Qarsiya komandanın baş məşqçisi Hans-Diter Fliklə münasibəti haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı mütəxəssisin həmişə söhbət, müzakirə üçün əlçatan olduğunu və bunun komanda mühitində vacibliyini bildirib:
“Onun oyunçularla ünsiyyət qura bilməsini vurğulayardım. Ağlınızda nə olursa olsun, o, həmişə danışmağa hazırdır. Bu, çox vacibdir”.
“Barselona”nın növbəti oyunu yanvarın 11-də, İspaniya superkubokunun finalında “Real”a qarşı olacaq.