Tbilisi, 10 yanvar, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən karate üzrə A Seriyası yarışlarında iştirak etmək mənim üçün böyük sınaqdır. Ona görə ki, bizi qarşıda daha böyük yarış gözləyir. Bu baxımdan, Tbilisi turniri bizim üçün bir növ hazırlıq mərhələsidir.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət millli komandasının üzvü, 2022-ci ildə U 21-də Avropa çempionu olmuş Rahib Əzim söyləyib.
Onun sözlərinə görə, fevral ayında Kiprdə yeniyetmə gənclər arasında Avropa turniri keçiriləcək və o da həmin yarışa qatılacaq. "Bu turnir öncəsi Tbilisidə keçirilən A Seriyasında iştirak etmək mənim üçün çox önəmlidir" - deyə Rahib Əzim vurğulayıb.
Qeyd edək ki, 18 yaşlı Rahib Əzim həmin yarışda 85 kiloqram çəki dərəcəsinsə mübarizə aparacaq.
Rahib Əzim 2022-ci ildə Avropa çempionu, 2023-cü ildə isə Avropa üçüncüsü olub.
Tbiliso