AZ

Berdıyevi üzən forvard halından məmnundur: "Pis getmir, amma..."

“Turan Tovuz”un hücumçusu Joarlem Santos Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu artıq bir ildən artıqdır ölkəmizdə çıxış edir.

O, bu müddətdə meydana çıxdığı 22 matçda 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Performasının aşağı olması heç də səbəbsiz deyil.

Ötən ilin yanvarında 100 min manat təzminat haqqı ödənilməklə “Çaves”dən transfer edilən braziliyalı tez-tez zədələr alması ilə yadda qalır.

Əsasən də buna görə azarkeşlər və baş məşqçi Kurban Berdıyevin ondan gözləntilərini ala bilmir.

Amma 30 yaşlı oyunçu özü liqanın səviyyəsindən, “Turan”ın çıxışından məmnundur:

“Açığı, çox çətin çempionatdır.

Orta sıralarda güclü rəqabət var. Rəqiblər bir-birinə çox yaxındır.

Sona qədər döyüşmək mütləqdir. Əks halda cəzalana bilərsən. İşlərimiz pis getmir.

Sona kimi belə davam etməyə çalışacağıq”.

XANOĞLAN

Seçilən
53
sportinfo.az

1Mənbələr