AZ

“Fənərbaxça” artıq potensial liderdi

Yeni ilin ilk günlərdində Avroliqada 19-cu turun oyunları keçirildi. Cari mövsümün tendensiyası davam edir: Türkiyə klublarından biri qalib gələndə, o biri uduzur. Əslində belə ifadə etmək daha doğru olar: “Fənərbaxça” sabit şəkildə yaxşı nəticə göstərirsə, “Efes” heç cür qələbə yoluna çıxa bilmir. Son beş oyunda 4-cü qələbəsini qazanan “sarı-lacivərdlilər” artıq potensial liderdi. Axı onlar başqalarından bir oyun az keçirib. “Pivəçilər”in isə son 5 oyunda yalnız bir qələbəsi var. Bu üzdən aşkar autsayder olmaları təəccüb doğurmur.
ASVEL (Fransa) – Paris (Fransa) 94:89 (20:23, 21:23, 20:18, 33:25)
Hapoel T-Ə (İsrail) – Jalgiris (Litva) 80:93 (25:18, 15:21, 13:24, 27:30)
Valensiya (İspaniya) – Partizan (Serbiya) 86:73 (18:22, 25:21, 22:20, 21:10)
Barselona (İspaniya) – Monako (Fransa) 74:90 (13:22, 17:25, 23:22, 21:21)
Efes (Türkiyə) – Srvena Zvezda (Serbiya) 65:87 (14:21, 11:22, 16:23, 24:21)
Panatinaikos (Yunanıstan) – Olimpiakos (Yunanıstan) 82:87 (13:28, 30:15, 18:18, 21:26)
Baskoniya (İspaniya) – Fənərbaxça (Türkiyə) 93:108 (28:24, 25:29, 29:32, 11:23)
Virtus B (İtaliya) – Milan (İtaliya) 97:85 (14:27, 33:20, 30:19, 20:19)
Real (İspaniya) – Dubay (BƏƏ) 107:93 (27:24, 17:34, 29:16, 34:19)
Bavariya (Almaniya) – Makkabi T-Ə (İsrail) 95:71 (31:23, 19:18, 26:13, 19:17)
Xal durumu: Hapoel T-Ə, Valensiya - 32, Monako, Panatinaikos, Barselona - 31, Fənərbaxça, Jalgiris, Srvena Zvezda, Real – 30, Olimpiakos – 29, Virtus B, Milan, Dubay – 28, Makkabi T-Ə – 27, Paris, Baskoniya, Efes, Bavariya, ASVEL, Partizan – 25.

Seçilən
54
1
football-plus.az

2Mənbələr