AZ

İrandakı etirazlarda nə qədər adam saxlanılıb? Rəqəmlər

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranın hüquq-mühafizə orqanları iğtişaşlar zamanı azı 200 nəfəri saxlayıb. Onlar mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə qarşı silah tətbiq etməkdə ittiham olunurlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar zamanı iğtişaşçılara məxsus gizli yerlərdən çoxlu sayda silah, sursat, qumbara və “Molotov kokteyli” ələ keçirilib. Qeyd olunur ki, bəzi qruplaşma rəhbərləri etirazçılardan “canlı qalxan” kimi istifadə ediblər.

Polisin rəsmi nümayəndəsi Səid Montazir əl-Mahdi daha əvvəl ölkədə vəziyyətin sabitləşdiyini, şəhərlərdə isə sakitliyin bərpa olunduğunu açıqlamışdı.

Xatırladaq ki, ötən il dekabrın sonlarından Tehranda rialın kəskin ucuzlaşmasına etiraz olaraq ticarətçilər aksiyalara başlayıb.Daha sonra aksiyalara tələbələr də qoşulub. İğtişaşlar ölkənin böyük şəhərlərinə yayılıb.

İranda iğtişaşların ən gərgin anı 8 yanvar axşamına təsadüf edib. Həmin gün azı 12 mülki şəxs, o cümlədən bir uşaq və bir neçə hüquq-mühafizə əməkdaşı həlak olub. Ölənlər arasında Əsferayin şəhərinin prokuroru da var.

İran rəsmiləri etirazçıları “terrorçu” adlandırıb və iğtişaşların təşkilində xarici qüvvələri günahlandırıblar.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr