AZ

Venesuela ABŞ la danışıqlara başlayır: Nələr müzakirə olunacaq?

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ və Venesuela diplomatik münasibətlərin bərpasını müzakirə edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges diplomatik əlaqələrin bərpası planlarını açıqlayıb. Bu məqsədlə tərəflər diplomatik prosesə başlayıblar və mərhələli şəkildə səfirliklərin yenidən açılması nəzərdə tutulur. Artıq nümayəndə heyətləri Karakasa gələrək səfirlik binalarının vəziyyəti və təhlükəsizlik məsələlərini qiymətləndiriblər.

Qeyd edək ki, ABŞ-ın Karakasdakı səfirliyi 2019-cu ildən, iki ölkə arasında diplomatik münasibətlərin dayandırıldığı vaxtdan bağlı qalır. Səfirlik paytaxtın Baruta rayonunda yerləşir.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndə heyətinin səfirliyin fəaliyyətini bərpa etmək imkanlarını qiymətləndirmək üçün Karakasa səfər etdiyi bildirilib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
globalinfo.az

1Mənbələr