AZ

Zaqatalada avtomobil qəzası baş verib, ölən var

Axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun Zaqatalanın Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində qəza baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qax rayonundan Zaqatala şəhəri istiqamətində hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Bərdə rayon sakini Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən son anda ölüb.

Qəzanın təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
40
bizim.media

1Mənbələr