AZ

Milli Kitabxanada Anar İsgəndərovun yubiley tədbiri keçirilib

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

10 yanvar 2026-cı il tarixində Milli Kitabxanada Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, görkəmli tarixçi alim, professor Anar İsgəndərovun anadan olmasının 70 illik yubileyinə həsr olunan tədbir keçirilib. 

525.azxəbər verirki, ilk öncə “Görkəmli tarixçi alim, professor Anar İsgəndərov” adlı ənənəvi və Elektron virtual sərgi iştirakçılara təqdim olunub.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru prof. Kərim Tahirov ilk olaraq görkəmli tarixçi-alim, professor Anar İsgəndərovu respublikamızın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə  görə  ölkəmizin ən böyük mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün tədbir iştirakçıları adından təşəkkürlərini bildirib. 

Sonra isə prof. Anar İsgəndərovun çoxşaxəli fəaliyyətindən danışan direktor onun Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri kimi bu sahənin normativ-hüquqi bazasının yaradılması istiqamətində Cənab Prezidentimizin qanunvericilik təşəbbüsu ilə təqdim etdiyi normativ sənədlərin geniş müzakirəsi və Milli Məclis tərəfindən qəbul olunmasındakı xidmətlərindən, Azərbaycanda tarix elminin inkişafına verdiyi töhfələrdən, BDU-da kafedra müdiri kimi gənc tarixçi kadrların hazırlanmasındakı rolundan, AAK-da Tarix elmləri üzrə Ekspert Şurasının sədri kimi gənc tarixçi alimlərin elmin zirvələrinə irəliləmələrinə dəstək verməsindən, Xalq Cümhuriyyətinin və 1918-ci il mart qırğınlarının ilk tədqiqattçılarından olmasından bəhs edib. 

Sonra çıxış edən Milli Məclisin üzvü prof. Bəxtiyar Əliyev 50 ildən artıq yubliyarla BDU-da birgə çalışdılqarını qeyd edərək, onun çox təvazükar və istedalı alim kimi geniş spektrli elmi yaradıcılığından, kafedra müdiri kimi yorulmaq bilmədən gənc kadrların yetişdirilməsində fədakar fəaliyyətindən və bir insan, dost və  həmkar kimi şəxsi keyfiyyətlərindən danışıb. 

Millət vəkilləri Elçin Mirzəbəyli, Samir Vəliyev və Vasif Qafarov çıxış edərək Milli Məclisdə Elm və Təhsil komitəsinin sədri kimi prof. Anar İsgəndərovla birgə fəaliyyətlərindən və onun Komitə sədri kimi bütün qanunvericilik aktlarının müzakirəsində fəal iştirakından, bütün müzakirələrin elm və təhsil ekspertlərinin, əlaqədar təşkilatların nümayəndələrinin iştirakı ilə ciddi müzakirə şəraitində keçirilməsindən söz açmış və nəhayət Anar müəllimi çoxşaxəli fəaliyyət göstərən alim, dost və iş yoldaşı kimi dəyərləndiriblər. 

Sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cavadlı Anar müəllimə Bütün Qafqazın Şeyxülislamı Hacı Allahşükür Paşazadənin təbrikini çatdıraraq prof. Anar İskəndərovun Elmi-Dini Şuranın üzvü kimi yorulmaz və səmərəli fəaliyyətindən bəhs edərək ona sağlıqlı uzun ömür və yeni uğurlar arzulayıb. 

Daha sonra  çıxış edənlər - BDU-nun Tarix fakültəsinin dekanı prof. İbrahim Zeynalov, AAK-ın Tarix elmləri üzrə Ekspert şurasının üzvü, professor Şikar Qasımov, fəlsəfə elmləri doktoru, prof. Dilqəm İsmayılov, AMEA-nın Etnoqrafiya institutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhaq Quliyev, filologiya elmləri doktoru Yeganə İsmayılova, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova,  AMEA Arxeologiya və Antropologiya İnstitutunun "Daş dövrü arxeologiyası" şöbəsinin müdiri, tarix elmləri doktoru, Əsədulla Cəfərov və digərləri prof. Anar İsgəndərovun çoxşaxəli elmi yaradıcılığından və uğurlarından danışıblar.

Tədbirin sonunda  prof. Anar İsgəndərov çıxış edərək  onu respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə yüksək mükafatla təltif etdiyinə üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə təşəkkürünu bildirmişdir. Sonra isə yubliyar bu tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, bütün əməyi keçənlərə minnətdarlığını bildirərək, eyni zamanda çıxış edənlərə və tədbir iştirakçılarına da təşəkkür edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
525.az

1Mənbələr