"Kristal Pelas"ın müdafiəçisi Mark Qehi karyerasını La Liqada davam etdirməyə müsbət yanaşır.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü ilə İspaniya nəhəngləri "Real Madrid" və "Barselona" yaxından maraqlanır.
"TEAMtalk" nəşrinin məlumatına görə, müdafiəçinin müqaviləsinin başa çatmasına cəmi bir neçə ay qaldığı üçün hər iki klub onu azad agent kimi heyətinə qatmağa çalışır.
Hazırda "Mançester Siti" və "Liverpul" kimi klubların da transfer siyahısında olan 25 yaşlı futbolçunun yayda komandasını tərk edəcəyi gözlənilir.
Kamil Xudiyev