Bu gün Türkiyə Superkubokunun qalibi müəyyənlşəcək.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada "Qalatasaray" "Fənərbaxça" ilə üz üzə gələcək.
Komandalar Superkubokda 5-ci, ümumilikdə isə 405-ci dəfə bir-birinə rəqib olacaq. Geridə qalan 404 maçdan 149-da "Fənərbaxça", 130-da isə "Qalatasaray" qələbəyə sevinib. 125 qarşılşama heç-heçə nəticələnib. Tərəflər arasında baş tutan derbilərdə "Fənərbaxça" 544, "Qalatasaray" isə 505 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, İstanbul derbisi Atatürk Olimpiya Stadionunda, Bakı vaxtı ilə saat 19:45-də start götürəcək.
Türkiyə Superkuboku
Final
19:45. “Qalatasaray” - “Fənərbaxça” - 0:1
Qol: M. Genduzi, 28
"Qəbələ" "Kəpəz"lə üz-üzə gəələcək
İstanbul derbisi bu kanalda
Afrika Millətlər Kuboku: Mərakeş və Seneqal yarımfinalda
Yamal La Liqada dekabrın ən yaxşısı seçilib: ardıcıl ikinci dəfə
Tedesko: “Komandam “Qalatasaray”la oyunu səbirsizliklə gözləyir”