AZ

Fidan İsrailə hücum etdi: Böyük fəlakətlə bağlı xəbərdarlıq...

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranda baş verən daxili etirazların xarici təzyiq vasitəsinə çevrilməsini regionun təhlükəsizlik arxitekturasına birbaşa təhdid yaradan praktika adlandırıb.

Globalinfo.az xəbər verir ki, Türk televiziyasına verdiyi müsahibədə Fidan əsas diqqəti etirazların özündən daha çox, bu proseslərin İsrail tərəfindən necə istifadə olunmasına yönəldib.

Nazir bildirib ki, İsrail bu etirazları informasiya müstəvisində açıq şəkildə dəstəkləyir və mövcud  yanaşma İranı daxildən zəiflətməyə yönəlmiş məqsədyönlü strategiyadır.

Fidan qeyd edib ki, Ankara İranın tamamilə küncə sıxışdırılmasının və eskalasiyanın qarşısını almaqda maraqlıdır. Çünki bu ssenari regionda genişmiqyaslı sabitliksizliyə yol aça bilər.

Nazirin əsas tezisi ondan ibarətdir ki, İsrail əvvəlki böhranlardan dərs çıxararaq, birbaşa hərbi təzyiqin İran cəmiyyətini hakimiyyət ətrafında birləşdirdiyini anlayıb. Ona görə də, bu dəfə fərqli ssenariyə üstünlük verib. Bu ssenari sosial narazılıqların, iqtisadi təzyiqlərin və sanksiyaların yaratdığı aşınmadan istifadə etməklə sistemi daxildən zəiflətməyə hesablanıb. Fidanın fikrincə, İranın açıq müharibə vəziyyətində olmadığı bir vaxtda bu cür yanaşma xüsusilə təhlükəlidir.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr