ain.az, Bizimyol portalına istinadən məlumat verir.
İranın Ali Lideri Ayətullah Əli Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) yüksək hazırlıq vəziyyətinə gətirdi.
Bizimyol.info xəbər verir ki, İİKK sözçüsü "The Telegraph"a bildirib.
Sərəncam rejimə və ölkənin iqtisadi böhranına qarşı kütləvi etirazların 14-cü günü fonunda verilib.
Mənbə bildirib ki, "Lider İslam İnqilabı Keşikçiləri Korpusuna maksimum hazırlıq vəziyyətində qalmağı əmr etdi - hətta iyun müharibəsi dövründən (İsrail ilə 12 günlük müharibə) daha yüksək səviyyədə", - deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, ayətullah İİKK-dan ayrılma riskinin faktiki olaraq sıfır olduğuna inanaraq İran ordusu və ya polisi ilə müqayisədə İİKK ilə daha sıx əlaqə saxlayır. "O, taleyini İslam İnqilabı Keşikçiləri Korpusunua həvalə edib", - deyə İran rəsmisi əlavə edib.
İran rəsmiləri bildiriblər ki, xarici təhdidlərə qarşı mübarizə aparmaq üçün yeraltı "raket şəhərləri" də yerləşdirilib.
Daha əvvəl İsrail mənbəsi bildirib ki, İranda kütləvi etirazlar başlayandan bəri ilk dəfə olaraq bu hadisələrin rejimin sabitliyini pozmağa başladığına dair əlamətlər var.
Bu şərh İran ordusunun vətəndaşları "düşmənin məqsədlərinə çatmasının qarşısını almağa" çağırdığı bir xəbərdarlıq fonunda səslənib. Söhbət Tehranın İslam Respublikasındakı vəziyyətə müdaxilə etmək cəhdində ittiham etdiyi İsraildən gedir.
"Bölgədəki düşmən nəzarət altındadır. Silahlı qüvvələrlə birlikdə milli maraqları, ölkənin strateji infrastrukturunu və dövlət əmlakını qətiyyətlə müdafiə edəcəyik", - deyə bəyanatda qeyd edilib.
Qadir, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.