2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gedişhaqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək.
Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən bildirib. Rəis əlavə edib ki, hazırda vahid tarif modeli tətbiq olunsa da, analitik qiymətləndirmələr davam etdirilir:
“Məsafə, zona və sərnişin seqmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər".
Bəs metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı "Musavat.com"a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda tariflərin differensiallaşdırılması bir çox ölkələrdə, xüsusilə Avropada uzun illərdir tətbiq olunur: