ain.az, Axsham.az saytına istinadən bildirir.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva 70 illik yubileyindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ad gününə gəlmək istəməyənləri tənqid edib:
"Dedilər ki, kartınız var, pul göndərək. Mən TikTok-da oturmamışam ki, kimsə mənə pul atsın. O pula nə ehtiyacım var? Boş qalan boşqabın içinə qoyardım ki, yəni burada filankəs əyləşməli idi, amma sadəcə pul göndərib? Bu, düzgün deyil. Kimə zəng edirəm, deyir xəstəyəm, burada deyiləm. Heç olmasa bir təbrik et, mədəniyyətin, düşüncən olsun. İnsanları elə-belə yığmırlar.
Mən həmişə sadə olmuşam, amma anladım ki, hər zaman belə olmaq olmur. Ad günümdə ən "balaca" müğənnini belə səhnəyə çıxarmışam. Buradan səslənirəm: ey "bərkgedən müğənnilər", özünüzdənrazı olmayın. Sadə olun. Özünüzdən kiçiklərə, bu gün efirə çıxanlara sayğı göstərin. Onlar da insandır. Onlar da gələcəyin gözəl müğənnisi ola bilər".
R.Allahverdiyeva ləğv etdiyi məclis haqqında isə bunları deyib:
"İki gün ərzində insanlara zəng etdim. Niyə ləğv etdiyimi özüm də bilmirəm. 400–500 nəfər çağırmışdım. Alim Qasımovdan tutmuş bir çox sənətkarlara qədər hamısını. Bir neçə müğənni restorana getmişdi, görmüşdülər ki, heç nə yoxdur. Həm adam çağır, sonra ləğv et, üstəlik hamıya çatdırmadım, düzgün olmadı. Amma yenə də ad günü etmək istəyirəm".
Qeyd edək ki, sənətçi daha sonra başqa bir məclis təşkil edərək ad günü edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.