Bakı, 10 yanvar, AZƏRTAC
Ötən gün "Bornmut" komandasından transfer olunan Antuan Semenyo İngiltərənin “Mançester Siti” klubunun tarixində ən bahalı dördüncü futbolçu olub.
AZƏRTAC xəbər verir ki, “şəhərlilər” oyunçunun keçidi üçün qarşı tərəfə 72,5 milyon avro ödəyib.
Siyahıda birinci yerdə 117 milyon avroya transfer edilən Cek Qriliş, ikinci pillədə 90 milyon avroya alınan müdafiəçi Yoşko Qvardiol, üçüncü sırada isə 2015-ci ildə 75 milyon avroya komandaya qoşulan Kevin De Brüyne yer alır.
Xatırladaq ki, Semenyo ilə 5,5 illik müqavilə imzalanıb. 25 yaşlı qanalı futbolçu “Çelsi”, “Tottenhem”, “Liverpul” və “Mançester Yunayted” kimi klublardan aldığı təklifləri rədd edərək Pep Qvardiolanın rəhbərliyi altında çıxış etməyi üstün tutub.
O, son olaraq "Bornmut" klubunda çıxış edib, bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyunda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.