AZ

Zaqataladakı qəzada ölən və yaralananların kimliyi BİLİNDİ

Xəbər verdiyimiz kimi Zaqatalanın Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu .

Seçilən
78
9
bizim.media

10Mənbələr