AZ

Makron Trampın qorxusundan G7 Zirvəsinin tarixini dəyişdi - G7 tarixində bir ilk...



G7 tarixində görünməmiş bir hadisə baş verib. Fransa, ABŞ Prezidenti Trampın cədvəlinə uyğun olaraq sammitin tarixini dəyişib. Fransa mediası prezident Makronun Trampın qorxusundan bu addımı atdığını yazıb.

Bildirilir ki, Fransa, Trampın ad günü planları ilə toqquşmamaq üçün G7 sammitini təxirə salıb. G7 sammitinin əvvəlcə 14-16 iyun tarixlərində Fransanın Evian-le-Ben şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin, 14 iyunda Trampın ad günü münasibətilə Ağ Evin Cənub Çəmənliyində qəfəs döyüşü keçirilməsi səbəbindən sammit 15-17 iyun tarixlərinə keçirilib. Fransa mediası, Makronun Trampa qarşı çıxmaqdan çəkinmək üçün bu qərarı verdiyini irəli sürüb.

Ağ Ev oktyabr ayında Trampın 80 illik yubileyini qeyd etmək üçün UFC ilə birlikdə böyük bir MMA döyüşünün keçiriləcəyini açıqlayıb.

“Politico” Fransanın G7 tarixlərini Trampın cədvəlinə uyğun olaraq sakitcə dəyişdirdiyini yazır. Makronun ofisi tarix dəyişikliyinin Trampa görə olduğu iddiasını birbaşa təsdiqləməyib. Açıqlamada qərarın G7 tərəfdaşları ilə məsləhətləşmələr əsasında verildiyi bildirilib. Lakin Ağ Evdən buna tam əks mesaj gəlib. ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, G7 tərəfdaşları Trampın sammitdə iştirakını vacib hesab edirlər. Rəsmi şəxs bildirib ki, liderlər ABŞ prezidentinin cədvəlinə uyğunlaşdırmaq üçün tarixləri dəyişdiriblər.

Tramp dəfələrlə Makronu ictimaiyyət qarşısında açıq şəkildə hədəfə alıb. Dərman qiymətləri ilə bağlı Makronla yaşadığı mübahisəni danışan Tramp, Fransa liderini təqlid edərək onu lağa qoyub. Tramp Makronun ona "xahiş edirəm, ictimaiyyətə deməyin" deyərək yalvardığını iddia edib.

TAHİR

Seçilən
18
baki-xeber.com

1Mənbələr