AZ

İcra hakimiyyəti: Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı və ya digər fəsad qeydə alınmayıb

Şamaxı, 10 yanvar, Rəşad Türkoğlu, AZƏRTAC

Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.

Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3,8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.

Seçilən
52
16
azertag.az

10Mənbələr