Bakı. Trend:
Suriya Demokratik Qüvvələri (SDQ) koalisiyasının atəşi açmasınəticəsində Hələbdə mülki şəxslər arasında ölənlərin sayı 6yanvardan bəri 23-ə çatıb.
Trend-inməlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.
Məlumata əsasən, atışmada ən azı 104 nəfər yaralanıb.
Bildirilib ki, yaralıların əksəriyyəti qadın və uşaqlardır,onların çoxunun vəziyyəti ağırdır.