Zaqatala-Qax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az xəbər verir ki, Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, qəza ilə bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
İlkin məlumata görə, qəza havanın dumanlı olması səbəbindən baş verib.
DOĞRU.AZ