AZ

“Fənərbağça 12 il sonra Türkiyə Superkubokunu qazandı

BAKI, 10 yanvar. TELEQRAF

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Teleqraf xəbər verir ki, final qarşılaşmasında "Qalatasaray" "Fənərbağça" ilə üz üzə gəlib.

Atatürk Olimpiya Stadionunda baş tutan qarşılaşma “sarı-lacivərdlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Halil Umut Melerin idarə etdiyi görüşdə qolları Matteo Genduzi (28), Jayden Quinn Oostervolde (48) vurublar.

Xatırladaq ki, “Fənərbağça” sonuncu dəfə 2014-cü ildə Türkiyə Superkubokunun qalibi olmuşdu. Bu klubun tarixondə 19-cu Superkubok olub.

Seçilən
64
teleqraf.com

1Mənbələr