AZ

İstanbulda "Fənərbağça" zəfəri: Super Kubok "sarı-lacivərdlilər"in oldu

Türkiyə Super Kubokunun final matçında "Qalatasaray"ı iki cavabsız qolla məğlub edən "Fənərbağça" mövsümün ilk titulunu qazanıb.

Fanat.Az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda baş tutan möhtəşəm final qarşılaşması Domeniko Tedeskonun yetirmələrinin tam üstünlüyü ilə yekunlaşıb. Matçın 28-ci dəqiqəsində Matteo Qenduzi uzaq məsafədən vurduğu möhtəşəm qolla hesabı açıb. İkinci hissəyə də sürətli başlayan "Fənərbağça" 48-ci dəqiqədə Ceyden Ostervoldenin qolu ilə fərqi ikiyə çıxararaq qələbəsini rəsmiləşdirib.

"Qalatasaray" matçın son dəqiqələrində təzyiqi artırsa da, "sarı-lacivərdlilər"in müdafiə səddini yara bilməyib. Beləliklə, "Fənərbağça" əzəli rəqibini 2:0 hesabı ilə üstələyərək Türkiyə Super Kubokunun qalibi adını qazanıb.

Kamil Xudiyev

Seçilən
23
1
fanat.az

2Mənbələr