AZ

Xaricdə fasiləsiz altı aydan çox yaşayan Gürcüstan vətəndaşlarının dövlət tibbi sığortası dayandırılacaq

Tbilisi, 10 yanvar, AZƏRTAC

Gürcüstan vətəndaşları ölkə hüdudlarından kənarda 6 aydan artıq müddətdə qalarsa, onların ümumi dövlət tibbi sığortası avtomatik olaraq dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Mixail Sarjveladze qərar imzalayıb.

Qərara əsasən, dövlət tibbi sığortasını itirən vətəndaşların sistemə yenidən qoşulması üçün sosial xidmətlər agentliyinə müraciət etməsi və müvafiq ərizə təqdim etməsi tələb olunacaq.

 

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
67
3
azertag.az

4Mənbələr