“Ən böyük hədəfim dünya və Avropa çempionu olmaqdır”.
Bu sözləri Offsideplus.az saytına açıqlamasında 74 kq çəki dərəcəsində Azərbaycan çempionu olan Turan Bayramov deyib.
O, yarışla bağlı təəssüratlarını bölüşüb:
“Fikrimcə, son illərdə keçirilən çempionatlar arasında təşkilatçılıq baxımından ən yüksək səviyyədə olanı bu oldu. Yarışda çox yaxşı atmosfer var idi. Çətin görüşlər keçirdim, rəqabət olduqca yüksək səviyyədə idi. İştirakçıların əksəriyyətinin gənc idmançılar olması rəqabəti daha da gücləndirirdi. Keçirdiyim dörd görüşdən üçü çox ağır alındı. Rəqiblərimi də təbrik edirəm, onlar da əllərindən gələni etdilər”.
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.