AZ

"Fənərbağça" Türkiyə Superkubokuna sahib çıxdı

Türkiyə Superkubokunun final oyunu başa çatıb.

"Ölkə.az" xəbər verir ki, İstanbulda Atatürk Olimpiya Stadionunda keçirilən final qarşılaşmasında əzəli rəqiblər - "Qalatasaray"la "Fənərbağça" qarşılaşıb.

Halil Umut Melerin idarə etdiyi derbidən "sarı-qırmızılar" 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Qolları 28-ci dəqiqədə Matteo Guendouzi, 48-ci dəqiqədə Ceyden Ostervolde vurub.

Qeyd edək ki, yarımfinalda "Qalatasaray" "Trabzonspor"u, "Fənərbağça" isə "Samsunspor"u mübarizədən kənarlaşdırmışdı.

Seçilən
146
5
olke.az

10Mənbələr