AZ

"Liverpul"un kapitanı karyerasını başa vurur?

"Liverpul"un və Niderland millisinin kapitanı Vircil van Deyk karyerasını başa vuracağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, 34 yaşlı mərkəz müdafiəçisi hələ futbolla vidalaşmağı düşünmədiyini deyib:

“Mən heç vaxt karyeramı bitirəcəyimi deməmişəm.Çox uzağa baxmıram. Hələ bir neçə il oynayacağam. Ona görə də karyeramın sonu barədə heç nə bilmirəm. Əsas odur ki, mən və uşaqlarım xoşbəxt olaq, onda hər şey yaxşı olacaq”

Qeyd edək ki, Van Deykin “Liverpul”la müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

saytlarin hazirlanmasi

Seçilən
37
1
sportal.az

2Mənbələr