AZ

​Qanından narkotik çıxdı:

Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılan sosial media fenomeni Şeyma Subaşıdan xəbər var. Metbuat.az xəbər verir ki, Şeymanın narkotik testinin cavabı bəlli olub. Onun qanında kokain aşkarlanıb. Fenomen bununla bağlı açıqlama verib. Subaşı peşman olduğunu dilə gətirib: "Səmimiyyətimə inanın, çox peşmanam. Üzüntüdən qəhr olmaq dərəcəsinə çatmışam. Hər bir insanın taleyində enişli-yoxuşlu mərhələ olur. Həyatımın ən ağır günlərini yaşayıram".

Şeyma səmimi-qəlbdən tövbə etdiyini bildirib: "Ürəkdən tövbə elədim. Bu səhv bir daha təkrarlanmayacaq. Allah günahımdan keçsin".

Seçilən
57
metbuat.az

1Mənbələr