Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Türkiyə Superkubokunun qalibi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, final qarşılaşmasında əzəli rəqiblər – “Qalatasaray”la “Fənərbaxça” qarşılaşıb.
Matç “Fənərbaxça”nın 2:0 qələbəsi ilə başa çatıb.
Qolları Matteo Genduzi və Ceyden Ostervolde vurub.
Qeyd edək ki, “Fənərbaxça” derbini qazanaraq bu kuboku 11 ildən sonra yenidən muzeyinə götürməyi bacarıb. Belə ki, “Fənərbaxça” daha əvvəl 2007, 2009 və 2014-cü illərdə bu kubokun qalibi olub. Klub Superkubokda əzəli rəqibləri olan “Qalatasaray” ilə dörd dəfə qarşılaşıb, bu matçların üçündə məğlub olub. “Sarı-lacivərtlər”in bu yarışda rəqibləri üzərində yeganə qələbəsi 25 avqust 2014-cü ildə olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.