Tramp administrasiyasının Venesuela və Qrenlandiya ilə bağlı mövqeyi Kanadada narahatlıq doğurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Kanada rəsmiləri və vətəndaşları ölkələrinin Vaşinqtonun növbəti hədəfinə çevrilə biləcəyindən narahatdırlar.
Nəşr bildirir ki, “Venesuela prezidenti Nikolas Maduronun şok həbsi və Trampın Qrenlandiyanı ələ keçirmək barədə aktiv danışıqları Kanadanı sarsıdıb və vətəndaşları ABŞ prezidentinin Kanada suverenliyinə qarşı əvvəlki təhdidlərini ciddiyə almağa məcbur edib”.
Agentlik qeyd edir ki, kanadalıların narahatlıqları bu həftə böyük bir milli qəzetdə dərc olunmuş kəskin məqalədə ifadə olunub. Məqalənin müəllifləri Vaşinqtonun Kanadaya qarşı hərbi güc tətbiq etmə ehtimalı barədə xəbərdarlıq edir və ölkə hakimiyyətinə mülki müdafiə sistemini genişləndirməyi, milli dron strategiyası hazırlamağı və “ağlasığmazı düşünməyi” tövsiyə edirlər.
Tramp əvvəllər ABŞ-ın Qrenlandiyaya sahib olmalı olduğunu bildirmişdi. O, iddia edirdi ki, adanın yalnız ABŞ-a məxsus olması Vaşinqtonun milli təhlükəsizliyini təmin edəcək.