AZ

ABŞ-da ev təsərrüfatlarının aktivləri rekord həddə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ev təsərrüfatlarının aktivləri rekord həddə çatıb.

Banco.azxəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) 2025-ci ilin üçüncü rübünə dair “ABŞ-ın Maliyyə Hesabları” adlı hesabatını yayımlayıb.

Hesabata əsasən, ölkədə ev təsərrüfatlarının və qeyri-kommersiya təşkilatlarının xalis aktivləri ilin üçüncü rübündə 181,6 trilyon dollara yüksələrək rekord səviyyəyə çatıb.

Sözügedən aktivlər əvvəlki rüblə müqayisədə 3,5 faiz artıb, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 7,7 faiz yüksəlib.

ABŞ-da ev təsərrüfatlarının aktivləri 2025-ci ilin birinci rübündə 168,4 trilyon dollar, ikinci rübündə isə 175,6 trilyon dollar səviyyəsində qeydə alınmışdı.

Üçüncü rübdə səhmlərə aid aktivlərin dəyəri 5,5 trilyon dollar artdığı halda, daşınmaz əmlak aktivlərinin dəyəri 0,3 trilyon dollar yüksəlib.

Ev təsərrüfatlarının borcu isə ötən ilin üçüncü rübündə illik əsasda 4,1 faiz artıb. Bu dövrdə istehlak kreditləri 2,3 faiz, ipoteka borcu isə 3,2 faiz yüksəliş göstərib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
25
1
banco.az

2Mənbələr