Naməlum şəxs Londondakı İran səfirliyinin binasına dırmaşaraq İran bayrağını cırıb.
Publika.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Telekanalın yayımladığı videoda binanın eyvanında dayanan və bayraq dirəyindən mövcud İran bayrağını qoparan bir kişi göstərilir. Daha sonra o, parapetə çıxıb 1979-cu il inqilabından əvvəl respublikada istifadə edilən "Aslan və Günəş" bayrağını qaldırır. Polis əməkdaşları hadisə yerini müşahidə edirlər.
"Hər hansı bir iğtişaşın qarşısını almaq üçün səfirlik binasına əlavə heyət göndərilir", - kanalın açıqlamasında deyilir.