Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da istehlakçı inamı proqnozları üstələyib.
Banco.azxəbər verir ki, Miçiqan Universiteti ABŞ-li istehlakçıların meyillərini əks etdirən istehlakçı etimad indeksinin 2026-cı ilin yanvar ayı üzrə ilkin göstəricilərini yayımlayıb.
Məlumata görə, istehlakçı etimad indeksi yanvar ayında əvvəlki ayla müqayisədə 1,1 bənd artaraq 54 səviyyəsinə yüksəlib. Beləliklə, avqust ayında başlayan azalma meylindən sonra indeks dekabrda və ilin ilk ayında artımını davam etdirib.
“Bloomberg”in keçirdiyi sorğuda iştirak edən iqtisadçıların gözləntisi indeksin 52,9-dan 53,5-ə yüksəlməsi istiqamətində idi.
Amerikalı istehlakçıların maliyyə şəraitinə dair qiymətləndirməsini əks etdirən mövcud iqtisadi şərait indeksi isə yanvar ayında 2 bənd artaraq 52,4 səviyyəsinə çatıb.
Digər tərəfdən, istehlakçıların qısamüddətli inflyasiya gözləntisi 4,2 faiz səviyyəsində sabit qaldığı halda, uzunmüddətli inflyasiya gözləntisi 3,2 faizdən 3,4 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!