“Mançester Yunayted”in sağ cinah müdafiəçisi Nussair Mazraui karyerasını “Yuventus”da davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisi təcrübəli futbolçunu transfer siyahısına daxil edilib. Mərakeşli futbolçu hazırda karyerasını davam etdirəcəyi yeni klub axtarışındadır.
Mazraui Afrika Millətlər Kubokundan sonra “Mançester Yunayted”ə qayıdaraq klubdakı vəziyyəti daha dəqiq qiymətləndirmək istəyir. Xüsusilə Ruben Amorimin baş məşqçi postundan uzaqlaşdırılmasından sonra futbolçu gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.
Qeyd edək ki, Nussair Mazraui 2024-cü ilin yayından etibarən “qırmızı şeytanlar”ın formasını geyinir. Cari mövsümdə o, İngiltərə Premyer Liqasında doqquz oyunda iştirak edib. Müdafiəçinin klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 22 milyon avro təşkil edir.