AZ

Mbappe “Real Madrid” – “Barselona” oyunundan əvvəl komanda ilə məşq edib - FOTO

“Real Madrid”in hücumçusu Kilian Mbappe İspaniya Superkuboku finalından əvvəl komanda ilə birlikdə məşq edib.

İdman.Biz bu barədə klubun rəsmi saytına istinadən məlumat verir. Oyun yanvarın 11-də keçiriləcək.

Xatırladaq ki, turnir Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir. Fransız futbolçu əvvəllər komanda ilə Yaxın Şərqə səfər etmişdi, lakin sol dizindəki burxulma səbəbindən “Atletiko Madrid”ə qarşı Superkubok yarımfinalını (2:1) buraxmışdı.

Mbappe 2024-cü ilin yayından bəri “Real Madrid”də oynayır. Bu günə qədər o, Madrid komandasında 83 oyunda 73 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.

İdman.Biz
Seçilən
57
1
idman.biz

2Mənbələr