AZ

Azər Məmmədov: Prezident İlham Əliyevin Ana dilimizlə bağlı verdiyi mesajlar bizim üçün mühüm əhəmiyyət kəsb edir

Tbilisi, 10 yanvar, AZƏRTAC

“Prezident İlham Əliyevin Ana dilinin qorunması və inkişafı ilə bağlı verdiyi mesajlar təkcə Azərbaycan daxilində deyil, xaricdə yaşayan soydaşlarımız üçün də çox böyük əhəmiyyət daşıyır. Prezident dəfələrlə qeyd edib ki, dil milli kimliyimizin əsas sütunudur. Bu fikirlər mənim üçün təkcə çağırış deyil, həm də fəaliyyət istiqamətidir. Mən Gürcüstanda Azərbaycandilli medianın rəhbəri kimi bu məsuliyyəti hər gün hiss edirəm”.

Bu sözləri AZƏRTAC-a müsahibısində Gürcüstanda Azərbaycandilli “24news.ge” informasiya portalının və eyniadlı internet televiziyasının rəhbəri Azər Məmmədov söyləyub.

Onun sözlərinə görə, bu, sadəcə jurnalistika deyil, milli-mədəni missiyadır.

“Biz burada təkcə xəbər yaymırıq, eyni zamanda Ana dilimizi yaşadır, yeni nəsillərə ötürür və kimliyimizi qoruyuruq. Prezident İlham Əliyevin “dil milli varlığımızın əsasıdır” fikri bizim fəaliyyətimizin fəlsəfəsidir. Hər yayımladığımız material, paylaşdığımız xəbər bu düşüncəyə xidmət edir” - deyə, Məmmədov vurğulayıb.

Jurnalist deyib ki, dövlət başçısının çıxışı mənəvi dəstək verir, həm də məsuliyyəti artırır: “Biz anlayırıq ki, etdiyimiz iş dövlət başçısının vurğuladığı dəyərlərlə üst-üstə düşür. Bu da bizə əlavə güc verir. Bilirik ki, gördüyümüz iş təkcə yerli səviyyədə deyil, ümummilli əhəmiyyət daşıyır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
72
azertag.az

1Mənbələr