İranda internet bağlantısı 48 saatdır ki, kəsilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə beynəlxalq internet monitorinq xidməti "NetBlocks" məlumat yayıb.
İnternetə giriş məhdudiyyətləri 8 yanvar axşamı İranın çoxsaylı şəhərlərində iğtişaşçılar silahlı təxribatlar törətdiyi zaman tətbiq edilib. İran rejimi orqanlarının məlumatına görə, həmin gecə 15 hüquq-mühafizə orqanı əməkdaşı və 12 mülki şəxs öldürülüb, dövlət və özəl mülkiyyətə külli miqdarda ziyan dəyib, məscidlər, xəstəxanalar və yanğınsöndürmə məntəqələri yandırılıb.