Bolqarıstan Xalq Bankı milli valyutanın - bolqar levinin yarıdan çoxunu dövriyyədən çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə bankın rəsmi saytında məlumat yerləşdirilib.
Çıxarılan vəsaitlər ya avroya dəyişdirilib, ya da mal və xidmətlərin ödənişinə yönəldilib.
"Mövcud normativlərə və qəbul edilmiş planlara uyğun olaraq lev banknot və sikkələrinin avroya dəyişdirilməsi prosesi davam edir. Hazırda dövriyyədə 16,1 milyard bolqar levi var ki, bu da dövriyyədən çıxarılan ümumi məbləğin 48 %-nə bərabərdir. Dövriyyəyə ümumi dəyəri 3,1 milyard avro olan avrobanknotlar və avrosikkələr buraxılıb", – məlumatda qeyd olunub.
Əhalinin levləri məhdudiyyət olmadan avroya dəyişə bildiyi bir sıra kassa mərkəzləri həftəsonu da fəaliyyətini davam etdirir.
Dövriyyədən çıxarılan levlər (təxminən 640 ton banknot və 7 700 ton sikkə) məhv ediləcək. Bu məqsədlə büdcədə təxminən 1,46 milyon avro vəsait nəzərdə tutulub. Bolqar simvolları olan yeni avrosikkələrin istehsalına isə 43,9 milyon avro ayrılıb. Həmçinin nominal dəyəri 2 avro olan bir milyon ədəd xatirə və kolleksiya sikkəsinin zərb edilməsi planlaşdırılır.