AZ

“Qarabağ”ın hücumçusu: “Onları görəndə adam həzz alır“

“Dolu tribunaların önündə oynamağın ləzzəti başqadır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın hücumçusu Emanuel Addai deyib.

Nigeriyalı legioner azarkeşlərin ikili münasibətinə diqqət çəkib. Afrikalı Çempionlar Liqasının oyunlarından fərqli, Premyer Liqada az tamaşaçı önündə meydana çıxmasına təəssüflənib:

“Avrokuboklar zamanı stadiondakı atmosfer möhtəşəm olur. Bu qədər azarkeş görəndə adam həzz alır.

Bu, tək məndə yox, digər futbolçularda da belədir. Rəqib nə qədər prinsipial olsa da, azarkeş az olanda oyunun marağı olmur.

Hər matça bu qədər azarkeş gəlsə, yaxşı olar. Təəssüf ki, biz bu halı az-az yaşayırıq”.

Seçilən
30
sportinfo.az

1Mənbələr