ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının rəsmiləri zərurət yaranacağı halda İrana zərbə endirilməsi imkanını ilkin səviyyədə müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal”ı məlumat yayıb.
Məlumata görə, müzakirələr erkən mərhələdədir və hazırda İrana qarşı yaxın vaxtlarda hərbi əməliyyat planı yoxdur. ABŞ-ın bu istiqamətdə konkret qərar qəbul etmədiyi, həmçinin hərbi qüvvələrin zərbə məqsədilə yerləşdirilmədiyi vurğulanır.
Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-ın zərurət yaranacağı təqdirdə İran rəhbərliyinə qarşı “güclü zərbə” endirə biləcəyini istisna etməyib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.