ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Finlandiya piyada əleyhinə minaların qadağan olunmasını nəzərdə tutan Ottava Konvensiyasından rəsmi şəkildə çıxıb.
Globalinfo.az xəbər verir ki, Konvensiyadan çıxış Finlandiyaya yenidən piyadaya qarşı minalardan istifadə və istehsal etməyə, anbarlarda saxlamağa imkan verir.
Helsinki bununla ölkənin müdafiə qabiliyyətini gücləndirəcəyini bildirib.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Finlandiya sərhəd təhlükəsizliyini gücləndirməyə davam edir. 200 kilometrlik müdafiə sədləri inşa etdirir, yeraltı infrastrukturu genişləndirir və hərbi təlimləri intensivləşdirir.
Xatırladaq ki, daha əvvəl Estoniya, Latviya, Litva və Polşada da Ottava Konvensiyasından çıxıb.
Aysel Əliyeva
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.