Antalyada toplanışda olan ''Beşiktaş'' yoxlama matçı keçirib. İstanbul nəhəngi Rumıniya təmsilçisi FKSB ilə qarşılaşıb.
"Football-plus.az" xəbər verir ki, ''Qloria Sports Arena''da oynanılan matçda ''qartal'' 2:1 hesabı ilə üstün olub.
İlk yarısı qolsuz bitən görüşdə bütün qollar ikinci hissəyə təsadüf edib. 68-ci dəqiqədə Mamadu Tiam FKSB-ni hesabda önə keçirib. Amma ''Beşiktaş'' cəmi 2 dəqiqə sonra 18 yaşlı forvard Ahmet Sami Bircan ilə hesabı bərabərləşdiribsə, 75-ci dəqiqədə portuqaliyalı Jota Silva komandasına əzmkar qələbə qazandırıb. ''Ağ-qaralar'' bir həftədi, davam edən toplanışı bu gün başa vuraraq İstanbula dönəcəklər.
Komanda növbəti oyununu yanvarın 15-də Türkiyə kuboku çərçivəsində ''Keçiörengücü''yə qarşı keçirəcək. Superliqada isə ''Beşiktaş'' ikinci dövrənin ilk oyununda yanvarın 19-da evdə ''Kayserispor''u qəbul edəcək.
Bu arada FKSB ilə oyun günü Temmi Abrahamın toplanışı tərk edərək İstanbula qayıtdığı məlum olub. Klubdan verilən açıqlamada təcrübəli futbolçunun həyat yoldaşının səhhətinin qəfil pisləşməsi üzündən məşqçilər korpusundan icazə alaraq İstanbula döndüyü bildirilib.
Abraham bu mövsüm 24 oyuna 12 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta