AZ

“Fənərbağca” Super Kubokun qalibi oldu

Həlledici qarşılaşmada İstanbul təmsilçiləri “Qalatasaray” və “Fənərbağça” üz-üzə gəliblər.

Matç İstanbulda yerləşən “Atatürk Olimpiya” stadionunda baş tutub.

Görüş “Fənərbağça”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 28-ci dəqiqədə yeni transfer, fransalı yarımmüdafiəçi Matteo Günduzi açıb. İkinci hissənin əvvəlində, 48-ci dəqiqədə müdafiəçi Ceyden Ostervolde fərqlənərək yekun hesabı müəyyənləşdirib.

Beləliklə, “Fənərbağça” Türkiyə Super Kubokunu tarixində 10-cu dəfə qazanıb. İstanbul klubu sonuncu dəfə bu titula 2014-cü ildə sahib çıxmışdı.

“Qalatasaray” isə turnirin finalında ikinci mövsüm ardıcıl olaraq məğlubiyyətlə üzləşib.

Seçilən
35
football-plus.az

1Mənbələr