AZ

İran hökuməti buna hörmət etməlidir Kallas

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avropa Birliyi İran xalqının daha yaxşı həyat, azadlıq və ləyaqət üçün qanuni yollarla mübarizə aparmaq haqqını dəstəkləyir.

Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Kaya Kallas bildirib.

O qeyd edib ki, Avropa Birliyi hadisələri diqqətlə izləyir və qurbanlar barədə xəbərlərin yayılmasından dərin narahatlıq keçirir.

Kallas bildirib ki, etirazçılara qarşı zorakılıq, qanunsuz həbs və qorxutma taktikalarını qətiyyətlə pisləyir.

Onun sözlərinə görə, İran beynəlxalq öhdəliklərinə sadiq olmalı, fikir ifadəsi, birləşmək, dinc nümayiş keçirmək və internetlə informasiya əldə etmək hüquqlarına hörmət göstərməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
axar.az

1Mənbələr