AZ

Estoniyada Kipr milli həndbol komandasını daşıyan avtobus aşıb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kiprin kişilərdən ibarət həndbol komandası Estoniyada qəzaya düşüb. Komandanı daşıyan avtobus yoldan çıxaraq aşıb.

Oxu.Az xəbər verir ki, Kipr Həndbol Federasiyası qəza barədə "Facebook"da məlumat yayıb.

Məlumata görə, ciddi xəsarət alan olmayıb, lakin nümayəndə heyətinin iki üzvü xəstəxanaya yerləşdirilib.

Federasiya bütün oyunçuların sağlam olduğuna və milli komandanın vətənlərinə təhlükəsiz qayıtması üçün bütün lazımi səylərin göstərildiyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
oxu.az

1Mənbələr