AZ

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

Bu həftə Əfqanıstanın şimalında qiymətli daşlar çıxaran dörd mədənçi tüstüdən boğulub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Bədəxşan polisinin sözçüsü Ehsanullah Kamgar AFP-yə bildirib: "Hadisə Bədəxşan əyalətinin Xaş rayonunda baş verib və orada dörd işçi mədəndə həlak olub".

Əfqanıstanda mərmər, minerallar, qızıl və qiymətli daşlar, eləcə də kömür çıxarılır. ABŞ və Birləşmiş Millətlər Təşkilatının 2010 və 2013-cü il tarixli hesablamalarına görə, Əfqanıstanın mis və litiumun mineral ehtiyatları bir trilyon dollar həcmində qiymətləndirilir.

Seçilən
50
1
bakivaxti.az

2Mənbələr