ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hakerlər Instagram platformasının təxminən 17,5 milyon istifadəçisinə aid məlumatları ələ keçiriblər.
Lent.az xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.
Qeyd olunur ki, məlumat sızıntısı barədə informasiya istifadəçilərin kütləvi şəkildə parol dəyişdirilməsi ilə bağlı bildirişlər almağa başlamasından bir neçə saat əvvəl BreachForums forumunda paylaşılıb.
Forbes yazır ki, “17,5 milyon Instagram istifadəçi hesabının sızması ilə bağlı fövqəladə məlumat fonunda parolun sıfırlanması cəhdlərinin artması ehtimal olunur”.
Nəşr əlavə edir ki, bu cür hücumlar istifadəçilərdə gözlənilməzlik və panika effekti yaratmağa hesablanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.