Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
İstiqlalçı deputat və keçmiş polis rəisi Allahverdi Həsənov vəfat edib.
Oxu.Az xəbər verir ki, 75 yaşında dünyasını dəyişən A.Həsənov uzun illər daxili işlər orqanlarında xidmət edib. O, 90-cı illərdə Şərur rayonunun polis rəisi vəzifəsini icra edib və həmin dövr ermənilərin Naxçıvana ardıcıl silahlı hücumlar etdiyi bir vaxt olub. Həsənov Naxçıvanın ermənilərdən müdafiəsində yaxından iştirak edib.
Allahverdi Həsənov, həmçinin, Azərbaycan Ali Sovetinin deputatı olub. O, 1991-ci ildə Azərbaycanın istiqlaliyyətinə səs vermiş 43 millət vəkilindən biri olub.
Qeyd edək ki, Allahverdi Həsənov 10 may 1952-ci ildə anadan olub. Uzun illər daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə xidmət göstərən sabiq polis rəisi son olaraq Şamaxı Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. 2007-ci ildən sonra isə təqaüdə çıxıb.
Mərhumun nəşi doğulduğu Şərur rayonunun Oğlanqala kəndində torpağa tapşırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.