"Kəpəz"in baş məşqçisi Azər Bağırov "Qəbələ"yə 1:3 hesabı ilə uduzduqları yoxlama oyunu haqda danışıb.
Sportinfo.az xəbər verir ki, mütəxəssis futbolçularının yaxşı mübarizə apardığını deyib:
Azər Bağırov söyləyib:
"Mənim üçün maraqlı oyun alındı. Futbolçular yaxşı mübarizə apardılar.
Baxmayaraq ki, səfərə gələn kimi oyuna çıxdıq. Akademiyadan da 5 oyunçunu yoxlamaq imkanımız oldu.
Yaxşı təsir bağışladılar. İnanıram ki, gələcəkdə onlardan da əsas komandaya namizədlər olacaq.
Veysəl Rzayev də ilk oyununa çıxdı və yaxşı təsir bağışladı. Bəli, çatışmazlıqlar var, komanda uyğunlaşmalıdır.
İki hissəli oyunda ilk onbirliyimizi meydana buraxmadıq. Fərqli hissələrdə təzyiq altında oynamalarını istədim.
Əsas odur ki, zədəsiz, itkisiz matçı başa vurduq. Bir həftədir ki, məşqlərə başlamışıq.
İnanıram ki, çempionatın startına kimi komanda istədiyimiz səviyyəyə çatacaq".