AZ

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı hücumla bağlı açıqlama yayıb- YENİLƏNİB

Vaşinqton, 11 yanvar, AZƏRTAC

ABŞ Mərkəzi Komandanlığı Suriyada İŞİD hədəflərinə qarşı həyata keçirilmiş hücumla bağlı açıqlama yayıb.

AZƏRTAC-ın məlumatına görə, bu hücumlar İŞİD-in 13 dekabr 2025-ci ildə Palmira şəhərində ABŞ və Suriya qüvvələrinə qarşı ölümcül hücumuna, 6 gün sonra cavab verilən əməliyyatın bir hissəsidir. Qeyd olunub ki, İŞİD terrorçusu tərəfindən həyata keçirilən bu pusqu iki Amerika əsgərinin və bir ABŞ mülki tərcüməçisinin faciəvi ölümü ilə nəticələnib.

“Bu gün edilən hücumlar döyüşçülərimizə qarşı terrorizmin kökünü kəsmək, gələcək hücumların qarşısını almaq və bölgədəki Amerika və tərəfdaş qüvvələrini qorumaq üçün davam edən öhdəliyimizin bir hissəsi olaraq, Suriya boyunca İŞİD-i hədəfə alıb. ABŞ və koalisiya qüvvələri ABŞ-a zərər verməyə çalışan terrorçuları təqib etməkdə qətiyyətlidirlər”,-deyə bəyanatda bildirilir.

00:25

ABŞ Suriyada İŞİD hədəflərinə hava zərbələri endirir.

AZƏRTAC-ın məlumatına görə, bu barədə “Fox News” ABŞ rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, bu, ABŞ ordusunun 19 dekabrdan bəri Suriyada İŞİD-ə qarşı ikinci hava hücumudur.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
92
3
azertag.az

4Mənbələr