Afrika Millətlər Kubokunda son 2 yarımfinalçı müəyyənləşib.
QOL.az xəbər verir ki, 1/4 finalda Nigeriya Əlcəzairə, Misir isə Fil Dişi Sahilinə qalib gəlib.
Beləliklə, turnirin yarımfinalında Nigeriya - Mərakeş, Misir - Seneqal görüşləri keçiriləcək.
Afrika Millətlər Kuboku, 1/4 final mərhələsi
10 yanvar
Əlcəzair – Nigeriya - 0:2
Qollar: V.Osimhen, 47, A.Adam, 57
Misir – Fil Dişi Sahili - 3:2
Qollar: O.Marmuş, 4, R.Rabia, 32, M.Salah, 52 – A.Fotuh, 40, Q.Due, 73